Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - VİDEO



Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

ARB 24
xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Ramiz Mehdiyev dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında da sərəncam imzalayıb.

Dövlət başçısı Mikayıl Cabbarovun Vergilər Naziri vəzifəsindən azad edilərək İqtisadiyyat Naziri təyin olunması haqqında da sərəncamlar imzalayıb.

Ölkə başçısının digər sərəncamları ilə elmin inkişafı sahəsində uzunmüddətli və səmərəlifəaliyyətinə görə, Akif Əlizadəni 1-ci dərəcəli “Əmək” ordenini, teatr sənətinin inkişafındakı xidmətlərinə görə, Lyudmila Semyonovna Duxovnaya “Şöhrət” ordeni ilə təltif edib.

ARB 24


23 Oktyabr 2019 22:05