TƏBİB: Karantin müddəti “Omikron”a görə 7 günədək aşağı salınıb



“Omikron” ştamının inkubasiyası və xəstəlik dövrünün qısa olması ilə əlaqədar karantin müddəti 7 gün olub.


Bunu ARB24-ün “İşgüzar səhər” verilişində TƏBİB-in Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O bildirib ki, bir 


çox ölkələr də virusa yoluxanların karantin müddəti azaldılıb:




“Xəstəlik artıq yüngül formada və daha çox yuxarı tənəffüs yolu əlamətləri ilə keçir. Virusa yoluxanlar qısa müddətdə sağalır”.


Qarşıdakı günlərdə virusa yoluxma sayında artım gözlənildiyini bildirən həkim karantin məhdudiyyətlərinin tətbiq edilməsi ehtimalının olmadığını 


qeyd edib:




“Omikron” ştamı sürətlə yayılsa da, öldürücülük qabiliyyəti aşağıdır. Lakin buna görə arxayın olmamaq lazımdır. Çünki yoluxma sayı nə qədər 


yüksələrsə, bir o qədər də xəstələrin xəstəxanalarda yatmaq ehtiyacı yüksələ bilər. Yoluxanların sayının artması bizdə həyəcan yaradır. 


Xəstəxanalar qarşıdakı günlərdə dola bilər”.


30 Yanvar 2022 11:55