Təhsil Nazirliyi: Şagirdlərin özünü sərbəst ifadə etməsi işini tam icra edə bilmirik



Bəzən məktəblərimizdə şagirdlərin özünəgüvənli, komanda ruhunda və ictimai mühitdə özünü rahat hiss edə bilmə işini tam icra edə bilmirik.


Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. O bildirib ki, bəzən şagirdlər evdən siniflərə gərgin formada gəlirlər:


“Təhsil Nazirliyi mövqeyi odur ki, məktəblərdə şagirdlər daha təhlükəsiz və özünəgüvənli şəkildə təhsil alsınlar. Müəllim, şagird, valideyn üçbucağındakı münasibətlərinin təməli düzgün qurularsa, təhsildə nailiyyətlər daha yaxşı olar. Bir çox hallarda müşahidə edirik ki, ailədən uşaqlar məktəblərə gərgin şəkildə gəlirlər. Onların bu gərginliyinin aradan qaldırılması üçün müəllim və psixoloqlarla işlənməsinə ehtiyac var”.


C.Valehov onu da qeyd edib ki, nazirlik növbəti aylarda valideyn-icma münasibətlərinin normalaşması üçün geniş müzakirələrə başlayacaq və bununla əlaqədar bir çox platformaların təqdimatı baş tutacaq.


13 Yanvar 2022 12:04