Həkimdən xəbərdarlıq: Uşaqlar da “Omikron”a yoluxa bilər



Klassik korona ilə müqayisədə “Omikron” ştamına yoluxanlarda xəstəliyin ilkin əlamətləri atipik olur. Yüngül boğazağrısı və ya burun axması halı baş verir.


Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim İsmayıl Əfəndiyev deyib. O bildirib ki, bəzi hallarda bu əlamətlər xəstələrdə çaşqınlıq yaradır:


“Onlar fikirləşmirlər ki, bu əlamətlər COVİD-19 xəstəliyinin ilkin əlamətləridir. Atipik simptomlar hiss edilirsə, dərhal COVİD-19 testi verilməlidir. Çünki artıq uşaqlar da “Omikron” ştamına yoluxurlar”.


14 Yanvar 2022 12:15