"ARB 24 NewsLab" təlim proqramına başlanılıb



Bakı Dövlət Universiteti ilə "ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində "ARB 24 NewsLab" təlim proqramına start verilib.

 

Müsahibə mərhələsindən uğurla keçən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 10 tələbəsi 3 ay müddətində praktik təlimlərə cəlb ediləcək. İkisi BDU Jurnalistika fakültəsinin Tele-radio studiyasında, biri isə "ARB 24" telekanalında olmaqla həftədə 3 məşğələnin  keçirilməsi planlaşdırılır. Təlim proqramını uğurla başa vuranların 50 faizi “ARB 24” telekanalında işlə təmin olunacaq.

 

 











06 İyun 2022 15:21