Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub



Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 29-u gecə saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub.


Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


29 İyun 2022 10:57