“ARB 24” qlobal media forumunda təmsil olundu - Fotolar



“ARB 24” telekanalının əməkdaşları Almaniyanın “Deutsche Welle” telekanalının dəvəti ilə qlobal media forumunda iştirak ediblər.


İyunun 20-21-də Bonn şəhərində keçirilən “Sabah indi formalaşır” adlı tədbirdə böhran dövründə jurnalistikanın imkanları araşdırılıb. Forum çərçivəsində Rusiya-Ukrayna müharibəsi, COVID-19 pandemiyası, iqlim dəyişikliyi və digər aktual məsələlər müzakirəyə çıxarılıb. Dünyada gedən proseslərə rəqəmsallaşma və sosial medianın təsirləri təhlil edilib.  Yeni dünya çağırışları fonunda media azadlığı, plüralizm və insan hüquqlarının təmini ilə bağlı atılmalı olan zəruri addımlar gündəmə gətirilib.



 



 


 




21 İyun 2022 16:15