ARB 24-ün Türkiyənin telexəbər istehsalçıları ilə işbirliyi



"ARB 24” ilə Türkiyənin xəbər telekanalları arasında əməkdaşlıq genişləndirilir. 

 

Televiziyanın əməkdaşları iyunun 23-dən 26-dək  İstanbula səfər çərçivəsində “TRT World”, “NTV”, “Habertürk”, “Haber Global”, “CNN Türk”də görüşlər keçiriblər. 

 

24 saat xəbər təqdim edən telekanallar operativliyin qorunması ilə yanaşı, etibarlı mənbə olmağın əhəmiyyətindən danışıblar. 

 

“ARB 24”ün əməkdaşlarının suallarını cavablandıran televiziya rəhbərləri uğurlu və uğursuz təcrübələrini bölüşüblər. Gələcəkdə “ARB 24”lə Türkiyənin xəbər telekanalları arasında təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı razılığa gəlinib.

 














26 İyun 2022 17:58