ARB 24-ün əməkdaşı Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti seçildi



Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təsisçi üzvlərinin və İdarə Heyətinin birgə iclası keçirilib. Səsvermə nəticəsində qərara alınıb ki, bundan sonra qurum Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi adlandırılsın və müvafiq sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilsin.

Bundan başqa, İdarə Heyəti üzvlərinin sayı 11-ə yüksəldilib. Səsvermə ilə Şəmsəddin Abbasov (CBC Sport), Azər İsmayıl (ARB24 TV), Kənan Hakimov (İTV), Vüqar Nəzərov (İdman TV), Elmir Əliyev (Haqqın.az), Ayan Nəcəf (ARDNF-nin Mətbuat və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri) və Ülkər Abbasova (Azərbaycan Cüdo Federasiyasının mətbuat katibi) qurumun İdarə Heyətinin yeni üzvləri seçiliblər.


Təşkilatın İdarə Heyətinin yekdil qərarı ilə ARB 24 televiziyasının əməkdaşı Azər İsmayıl qurumun yeni prezidenti seçilib.


02 İyul 2022 16:19