News Lab CV Göndər Proqram Media Tərəfdaşlar Karyera Əlaqə

ARB 10 Yaşında

ARB 10 Yaşında

Bu gün ARB TV-nin 10 yaşı tamam olur. ARB telekanalı Milli Televiziya və Radio Şurasının 2014-cü ildə keçirdiyi tenderin nəticələrinə görə Azərbaycan üzrə yayım hüququ əldə edib.
ARB Azərbaycanda müstəqil regional telekanallar - "Kəpəz” TV (Gəncə), "ARB Şimal” (Xaçmaz), "ARB Cənub” (Lənkəran), EL TV (Yevlax), "Kanal-S” (Şəki) və "ARB 24”ün (Bakı) birgə yaratdığı ilk televiziya şəbəkəsidir.
ARB Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanır. Bölgələrdə isə yayım regional telekanalların - "ARB Kəpəz”, "ARB Şimal”, "ARB Cənub”, "ARB Aran” və "ARB Şəki”nin siqnalları vasitəsilə həyata keçirilir.
Telekanal açıq yayımla yanaşı, Azərbaycanın ilk peyki olan "Azerspace 1”in Avropa seqmentində, kabel televiziyası və internet şəbəkəsi vasitəsilə də yayımlanır.