Şuşada keçirilən Qlobal Media Forumu çərçivəsində Azərbaycanın “ARB 24” telekanalı ilə Qırğızıstanın “Ala Too 24” telekanalı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənədi ARB telekanalının icraçı direktoru Radik İsmayılov və Qırğızıstanın Milli Teleradio Korporasiyasının direktor müavini Ulanbek Satiyev imzalayıblar.
Qeyd edək ki, sənəd gündəlik xəbər mübadiləsini, əməkdaşların qarşılıqlı səfərlərinin təşkilini, birgə informasiyaların hazırlanmasında dəstəyin göstərilməsini nəzərdə tutur.